Go to the page content

Nəticəniz:

BMI Classification Table
BKİ Təsnifat
18.5-dən aşağı Normadan aşağı çəki
18.5-24.9 Normal çəki
25-29.9 Normadan artıq çəki
30-34.9 1-ci dərəcə piylənmə
35–39.9 2-ci dərəcə piylənmə
40-dan yuxarı 3-cü dərəcə piylənmə

*Yaşınız 20-dən azdırsa, bu BKİ kalkulyatoru sizə tətbiq olunmur.  Eyni düsturdan istifadə edilərək hesablansa da, BKİ uşaqlar və yeniyetmələr üçün fərqli şəkildə şərh olunur. 20 yaşdan kiçik BKİ haqqında məlumat üçün həkiminizlə məsləhətləşin.

Sizin BKİ kalkulyator nəticələriniz: Bu nə deməkdir?

Nəticəniz: 2-ci dərəcə piylənmə

35-39.9 aralığında BKİ piylənmədən əziyyət çəkməyinizin göstəricisi ola bilər.

Tövsiyə

35-39.9 aralığında BKİ piylənmədən əziyyət çəkməyinizin və çəki ilə əlaqəli digər problemlərlə üzləşmə riski daşıdığınızın göstəricisi ola bilər.

Piylənməni idarə etmək və müalicə etməkdə məqsəd sadəcə arıqlamaq deyil, əksinə sağlamlığı yaxşılaşdırmaq və digər sağlamlıq problemlərinin yaranma riskini azaltmaqdır.

Bu kateqoriyadan olan insanlara təklif edilə biləcək piylənmə üçün elmi cəhətdən sübut olunmuş müxtəlif müalicə seçimləri mövcuddur. 

Həkimlər xüsusi ehtiyaclardan, cari sağlamlıq vəziyyətindən və çəki ilə əlaqəli problemlərin mövcud olub -olmamasından asılı olaraq tövsiyələr verirlər.

Müalicələrə aşağıdakılar daxil ola bilər:

  • Sağlam qidalanma
  • Yüksək fiziki aktivlik
  • Davranış terapiyası
  • Yemək əvəzlənməsi/aşağı enerjili pəhrizlər
  • Piylənməyə qarşı dərmanlar
  • Bariatrik cərrahiyyə

Müalicə seçimləri barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

BKİ və bel çevrəsi-boy nisbəti ürək sağlamlığını idarə etməyə necə kömək edə bilər

Artıq çəkili və ya piylənmədən əziyyət çəkən insanlarda ürək xəstəliyi adı ilə bilinən ürək-damar xəstəliyinin (ÜDX) inkişaf riski yüksəkdir.

İnsanda ÜDX-nin inkişaf riskini qiymətləndirmək üçün həm BKİ, həm də bel çevrəsi-boy nisbətindən (BBN) istifadə edilsə də, BBN yüksək qan təzyiqi və yüksək xolesterol kimi ürək-damar risk faktorlarının daha güclü hesablama üsulu hesab olunur.

BKİ-dən insanın boy və çəki göstəriciləri əsasında onun çəki kateqoriyasını

göstərmək üçün istifadə edilir. Digər tərəfdən BBN nisbətindən insanın boyuna və bel çevrəsinə əsasən onun bədən yağlarının paylanmasını ölçmək üçün istifadə edilir. BBN nisbətinin ölçülməsi vacibdir, belə ki, qarın ətrafında yığılan artıq miqdarda yağ xüsusən ürək xəstəliyinin inkişaf riskinin artması ilə əlaqəlidir.

Həm öz BKİ-nizi, həm də BBN nisbətinizi bilmək çəkinizi idarə etmək üçün tədbirlərin görülməsinin zəruri olub-olmadığını anlamaqla ürək sağlamlığınızı yaxşılaşdırmağa kömək edə bilər.

Öz bel çevrəsi-boy nisbətinizi hesablamaq  və bunun nə demək olduğunu öyrənmək üçün buraya klikləyin.

Müalicə

Həkim xüsusi ehtiyaclardan, cari sağlamlıq vəziyyətindən və çəki ilə əlaqəli problemlərin mövcud olub -olmamasından asılı olaraq tövsiyələr verə bilər.

Müalicələrə aşağıdakılar daxildir:

  • Sağlam qidalanma
  • Yüksək fiziki aktivlik
  • Davranış terapiyası
  • Yemək əvəzlənməsi/aşağı enerjili pəhrizlər
  • Arıqlama dərmanları
  • Bariatrik cərrahiyyə*
KZ26OB00001